Dərc edildi: Baxış sayı: 1458
Sentyabrın 1-dən etibarən qüvvəyə minəcək.
Qondarma Dağlıq Qarabağ Respublikasının qondarma prezidenti Arayik Harutyunyan özünün Facebook səhifəsində kənd yaşayış məntəqələrində ev tikmək istəyən gənc ailələrə əvvəllər verilən 3 milyon dram əvəzinə 5 milyon dram veriləcəyini açıqladı.
Separatçıların lideri bu layihənin 5 il əvvəl başladığını və indi bəzi dəyişikliklərin edildiyini və yaş limitinin 40-dan 50-yə yüksəldiyini bildirib.
Bu layihənin məqsədi Qarabağda yaşayış məntəqələrinin ermənilərlə məskunlaşdırılması işini genişləndirməkdir.
Layihədə edilən dəyişikliklər sentyabrın 1-dən etibarən qüvvəyə minəcək.
Mənbə: ermenihaber.am
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət