Slimfit
  1. HƏRB

Ermənilər Qarabağda səngər qazır

Ermənilər Qarabağda səngər qazır
Sakura

Ermənilər Qarabağda səngər qazır

Ermənilərin səngər qazdığını əks etdirən görüntülər yayılıb.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın VOMA terror təşkilatının Teleqram kanalında görüntülər paylaşılıb.

“Könüllülərimiz səngərlər qazırlar ki, düşməndən xəbərsiz və təhlükəsiz şəkildə atəş nöqtələri arasında hərəkət edib vuruşsunlar”, - məlumatda qeyd olunub.

Bildirilib ki, səngərlər etibarlı şəkildə bağlanacaq və yuxarıdan möhkəmləndiriləcək.

Diqqətçəkən məqam isə səngər qazanların mülki geyimdə, hətta yanlarında qadının da olmasıdır. Bu isə ermənilərin növbəti hiyləsidir.

Əvvəla, Ordumuz müdaxilə edərsə, mülki şəxslərə müdaxilə edildiyini bildirəcəklər; ikincisi, mülki əhalinin “özünü qorumaq üçün” çalışdıqlarını göstərməyə çalışırlar.

Qeyd edək ki, VOMA (Voxj Mnalu Arvest – Sağ qalmaq sənəti) Ermənistan ərazisində fəaliyyət göstərən çoxsaylı terror təşkilatlarından biridir. Bu terror təşkilatının Qarabağdakı filialı xeyli müddətdir fəaliyyətə başlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR