Slimfit
  1. SİYASƏT

Ermənilər Qarabağda gürcülərə tələ qurur

Ermənilər Qarabağda gürcülərə tələ qurur
Sakura

Ermənilər Qarabağda gürcülərə tələ qurur

Heç yerdə bu barədə məlumata yer verilməsə də, 2014-cü ildən başlayaraq, artıq 5 ildir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Qarabağ bölgəsində “cavaxetiyalı” separatçıların intensiv hazırlığı aparılır.

Sözügedən məsələ Feysbukdakı “Armenians of Georgia” (Gürcüstan erməniləri) qrupunda separatçılardan birinin – Edqar Quşyanın paylaşımı nəticəsində aşkara çıxıb.

Axar.az xəbər verir ki, sözügedən paylaşımı Gürcüstanın “Kavkaz Plyus” nəşri gündəmə gətirib.

Quşyanın paylaşımından məlum olur ki, 2014-cü ildən İrəvan Dövlət Universitetinin Tələbə Şurası və tələbə məsələləri mərkəzi Ermənistan Silahlı Qüvvələrində çadır düşərgələri təşkil edir, burada Ermənistan universitetlərində oxuyan Cavaxetiyadan olan tələbələr hazırlıq keçir. Guya bu proqram sayəsində iştirakçılar ordu həyatı ilə tanış olur, 7 gün əsgər kimi yaşayır, ordu həyat tərzini öyrənir. Bu cür çadır düşərgələrindən biri də 2-8 aprel 2019 tarixində Qarabağda 5 nəfər “Cavaxetiyalı tələbələr ittifaqı” üzvü üçün təşkil olunub.

Gürcü nəşrinin məlumatına görə, burada iştirak edən Samtsxe-Cavaxeti bölgəsindən olan və Ermənistanda təhsil olan bütün tələbələr Gürcüstan vətəndaşlığına sahibdir. Belə çıxır ki, Ermənistan Silahlı Qüvvələri və İrəvan Dövlət Universitetinin rəhbərliyi altında Gürcüstan vətəndaşları yalnız dost Azərbaycanın işğal edilmiş torpaqlarını qeyri-qanuni şəkildə ziyarət etmir, eyni zamanda, işğalçı ordunun sıralarında yer alır. Ən əsası isə odur ki, burada potensial döyüşçü-separatçıların hərbi hazırlığı aparılır. Sirr deyil ki, Samtsxe-Cavaxeti bölgəsindən olan tələbələr şüurlu şəkildə Ermənistan xüsusi xidmət orqanları tərəfindən millətçilik və Gürcüstan əleyhinə separatçılıq ruhunda köklənir, işğal altındakı Qarabağda təlim keçir.

“Cavaxetiyalı separatçıların Azərbaycanın işğal edilmiş torpaqlarında əldə etdikləri biliklərin ən qısa vaxtda Gürcüstana qarşı tətbiq edilməsi ilə bağlı böyük təhlükə var. Qarabağ ssenarisi əsasında Samtsxe-Cavaxetidə separatçılıq üsyanına hazırlıq tam surətdə davam edir”, - nəşr xəbərdarlıq edib.

 

Məqalədə daha sonra göstərilir ki, son dövrlər ermənilərin “cavaxetiyalı” separatçılarının liderləri Gürcüstana qarşı düşmən münasibətlərini gizlətmir. Bundan əlavə, Rusiya-Gürcüstan münasibətlərinin ağırlaşması şəraitində Rusiya mətbuatında Samtsxe-Cavaxeti bölgəsinin Gürcüstandan ayrılması ilə bağlı təbliğat kəskin şəkildə fəallaşdırılıb.

“Gürcüstan üçün işğal altındakı Qarabağda mövcud olan döyüşçü-separatçıların hazırlıq sisteminin yaratdığı təhlükəni qiymətləndirməmək olmaz”, - məqalədə deyilib.

Məqalədə həmçinin bu yaxınlarda Ermənistanın cavaxetiyalı separatçılarının Qarabağda və Abxaziyada vuruşmuş döyüşçü-separatçı Mixail Avaqyana Axalkalakidə abidə qoymasına diqqət yetirilib.

“Bizim gözlərimiz qarşısında yalnız Abxaziyada deyil, eyni zamanda Cavaxetidə Gürcüstana qarşı vuruşacaq Mixail Avaqyanların yeni nəsli hazırlanır”, - “Kavkaz Plyus” yazıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR