Dərc edildi: Baxış sayı: 847
Ermənilər Qarabağa görə təcili iclas tələb edir - Zöhrabyan
Əliyev-Paşinyan görüşündən sonra qeyri-müəyyən situasiya yaranıb və ona görə də Ermənistan parlamentində məsələnin müzakirəsinə ehtiyac var.
Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Çiçəklənən Ermənistan Partiyasından olan deputat Naira Zöhrabyan paylaşıb. Onun sözlərinə görə, qapalı parlament iclasına təkcə Ermənistanın siyasi və hərbi rəhbərliyi yox, həm də Qarabağ separatçıları dəvət edilməlidir.
Qeyd edək ki, Əliyev-Paşinyan görüşü martın 29-da Vyanada baş tutub. Bu, tərəflər arasında ilk rəsmi görüş olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət