Slimfit
  1. DÜNYA

“Ermənilər olmayan bir şeyə inanmaq istəyirlər”

“Ermənilər olmayan bir şeyə inanmaq istəyirlər”
Sakura

“Ermənilər olmayan bir şeyə inanmaq istəyirlər”

Bir müddət əvvəl Amerika təşkilatlarından biri Ermənistan ərazisində əhali arasında  sorğu keçirib. Statistik göstəriciyə görə məlum olub ki, əhalinin 94 faizi orduya daha çox inanır.

Ümumiyyətlə, əhalinin orduya inanması nədən xəbər verir?

Məsələ ilə bağlı Modern.az-a danışan psixoloq Azad İsazadə hesab edir ki, hər bir sorğuya bir az ehtiyatla yanaşılmalıdır:

“Yəni bu sorğu nə dərəcədə obyektivdir, o məsələdə şübhə yaranır. Tək Ermənistan yox, ümumiyyətlə əhalinin orduya inanması məsələsi aqressiv münasibətin qiyməti kimi də ola bilər. Digər tərəfdən isə özünü qorumaq kimi bir xüsusiyyət də ortaya çıxır. Yəni bizim güclü ordumuz var, ordu bizi qoruyar. Nə formada hücuma keçəcəyik, aqressiv və ya əlavə torpaqlar işğal edəcəyik, bütün bunlar ideoloji bir məqamdır. Bizim ərazilər işğal altında olsa da, ermənilər bunu qəbul etmək istəmirlər. Biz dəfələrlə cəhdlər edərək, öz ərazilərimizi azad etmək istəyəndə ermənilər bunu aqressiya kimi qəbul edirlər. Bu aqressiv münasibət isə şərti xarakter daşıyır. Ancaq cəmiyyət öz ordusuna inanırsa, bu o deməkdir ki, həmin ordu öz ərazisini və xalqını qoruya bilər. İndi nə dərəcədə real qoruyur, yaxud qorumur, belə bir hissiyyətin mövcudluğu bir faktdır”.

 Ekspert Türkiyədə orduya inam hissinin əvvəllər daha yüksək olduğunu bildirib:

“Ancaq indi bu inam nədənsə, getdikcə zəifləyir. Orduya gedənləri bayram tədbiri ilə yola salardılar. Təbii ki, bu hərəkətin əsas səbəbi əsgərlərdə ruh yüksəkliyi yaratmaq idi. Deməli ölkələrin çoxunda orduya qarşı müsbət münasibət varsa, biz bunu sırf aqressiya ilə əlaqələndirə bilmərik. Bugünkü reallıq göstərir ki, Ermənistan dövləti yeni ərazilər ələ keçirmək iqtidarında deyil. Əksinə onlar qorxur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün hücuma keçsin. Ermənilər özləri də yaxşı bilir ki, Azərbaycanla təkbətək vuruşda məğlub olacaqlar. Çünki öz ordularının gücünə o qədər də əmin deyillər. Ermənistan ordusunda vəziyyət o qədər də yaxşı deyil. Bəzən kütlə psixologiyası özü-özünü inandırmağa çalışır ki, bizim güclü ordumuz var. Əslində kütlə psixologiyasının əsas xüsusiyyəti odur ki, olmayan bir şeyə inanmaq istəyir. Məhz orduya inanmaq məsələsi isə ordan köklənir”.

A.İsazdə qeyd edib ki, məhz 2016-cı ildə baş vermiş Aprel döyüşləri Ermənistan üçün böyük bir faciəyə çevrildi:

“Bu döyüşdən sonra Ermənistan cəmiyyəti hələ də sakitləşmir. Onlar real təhlükəni bu döyüşlə hiss etmiş oldular. Düşünürlər ki, Azərbaycan cəhd etsə, bundan da böyük nəticə əldə edə bilər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR