Slimfit
  1. GÜNDƏM

Ermənilər narahatdır: Paşinyan onları hara aparır?

Ermənilər narahatdır: Paşinyan onları hara aparır?
Sakura

Ermənilər narahatdır: Paşinyan onları hara aparır?

Paşinyanın “miatsum” bəyanatı ermənilər tərəfindən birmənalı qarşılanmadı. Ermənistan cəmiyyəti və müxalifətdə olan bir qrup şəxs baş nazirin bu bəyanatının beynəlxalq aləmdə ciddi qarşılanmayacağından və Azərbaycanın bu bəyanata hərbi yolla cavab verəcəyindən ciddi narahatlıq hissi keçirir.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov “Alban Avtokefal Kilsəsinin və türk-xristianların irsinin bərpası üzrə hərəkat”ın bəyanatına münasibət bildirərkən deyib. O qeyd edib ki, təkcə Artur Ağacanov və onun rəhbərlik etdiyi hərəkat deyil, həmçinin, Qarabağda olan ermənilər də Paşinyanın belə sərsəm bəyanatlarına qarşıdır:

“Paşinyan xaotik siyasət aparmağa çalışır. O, çox yaxşı başa düşür ki, erməni əhalisi milliyyətçidir və bundan yararlanıb, belə bəyanatlarla ölkədə olan sosial problemlərdən xalqı yayındırmağa çalışır. Amma artıq xalqa belə pafoslu bəyanatlar lazım deyil. Çünki ağır vəziyyətdə olan ermənilərə müharibə şəraitinin yaranması heç də arzuolunan deyil. Onlar üçün hazırda maraqlı olan sosial durumlarının düzəlməsidir. Ermənistan rəhbərliyi isə əhalinin yaşayış səviyyəsinin yaxşılaşması üçün heç bir addım atmır. Buna görə də Paşinyanın bəyanatları onlarda aqressiya yaradır. Ümumiyyətlə, o, bir ildən artıqdır ki, hakimiyyətdədir, buna baxmayaraq, hələ də xalq qarşısında nüfuz qazana bilməyib”.

Politoloq bildirib ki, Qarabağ ancaq Azərbaycana birləşdirilə bilər, başqa cür mümkün deyil:

“Təbii, hər kəsə məlumdur ki, Qarabağda müharibəyə qədər azərbaycanlılar və ermənilər birlikdə yaşayıb. Qarabağ tam şəkildə Azərbaycana qaytarıldıqdan sonra ermənilər orada rahat yaşaya bilər. O ki qaldı Qarabağın hansısa ölkəyə birləşməsi məsələsinə, bunu birdəfəlik Paşinyan və havadarları bilsin ki, o torpaqlar ancaq Azərbaycana birləşdirilə bilər, əksi mümkün deyil. Mən inanıram ki, ordumuzun gücü sayəsində qısa zamanda buna nail olacağıq”.

Qeyd edək ki, ötən gün Artur Ağacanovun rəhbərlik etdiyi “Alban Avtokefal Kilsəsinin və türk-xristianların irsinin bərpası üzrə hərəkat” bəyanat yayıb. Bəyanatda Ermənistanın Baş naziri Nikol Paşinyana sələfi Serj Sərkisyanın səhvlərini təkrar etməmək və qarabağlıların adından danışmamaq tövsiyə olunub. Həmçinin vurğulanıb ki, münaqişə Qarabağ azərbaycanlıları ilə birgə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR