Dərc edildi: Baxış sayı: 331
Ermənilər Laçın yolu ilə bağlı yalanlar uydurur - Nazir
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası səylərinə Ermənistan hər vəchlə maneçilik törədir, Laçın-Xankəndi yolu ətrafında yalan iddialar yayır.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Piter Siyarto ilə görüşündə deyib.
Laçın yolundan gündəlik əsasda erməni sakinlərin keçdiyi, əraziyə böyük həcmli yüklərin daşınması üçün isə Ağdam-Xankəndi yolundan istifadənin Azərbaycan tərəfindən təklif olunduğu xatırlanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət