Slimfit
  1. CƏMİYYƏT

Ermənilər kütləvi davadan sonra azərbaycanlılardan üzr istədi

Ermənilər kütləvi davadan sonra azərbaycanlılardan üzr istədi
Sakura

Ermənilər kütləvi davadan sonra azərbaycanlılardan üzr istədi

Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlılarla ermənilər arasında baş verən kütləvi dava ermənilərin üzr istəməsi ilə bitib.

Report”un Rusiya bürosunun verdiyi məlumata görə, kütləvi dava şəhərin Oçaqova-Matveyevskya rayonunda baş verib.

Hadisə yerində olan Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev vəziyyətin nəzarətdə olduğunu bildirib.

“Hazırda Rusiya hüquq mühafizə orqanlarının işçiləri tərəfindən araşdırma aparılır, hadisənin nəzarətdən çıxmasının qarşısını almaq üçün müəyyən addımlar atılır. Biz, həm mühafizə orqanları, həm də soydaşlarımızla daima əlaqədəyik” - deyə Ş. Tağıyev bildirib.

Qeyd edək ki, Moskva şəhərində 30 yaxın erməni azərbaycanlıların üzərinə hücum edib. Digər həmyerlilərimizin də hadisə yerinə gəldiyini görən ermənilərin bəziləri ərazidən qaçıb, digərləri isə baş verən insidentə görə azərbaycanlılardan üzr istəyib.


21:20***19.02.2020

Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Oçaqovo-Matveyevskoe rayonunda qeydə alınıb.

Hadisə şahidlərinin “Report”un Rusiya bürosuna bildirdiyinə görə, miliyyətcə erməni olan 30 nəfər soyuq silahlarla həmyerlilərimizin üzərinə hücum edib.

Verilən məlumata əsasən hadisə milli zəmində baş verib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR