Dərc edildi: Baxış sayı: 1266
Ermənilər “Həsrət nəğməsi”ni oğurladı
Erməni ifaçılar bu dəfə Xalq artisti Röya Ayxan və müğənni Tunar Rəhmanoğlunun “Həsrət nəğməsi” mahnısını oğurlayıblar.
Axşam.az xəbər verir ki, sözləri Vüqara, musiqisi Rəşad Bağırova məxsus mahnını müğənnilər Serine Hovhannisyan və Levon Zaqaryan ifa edib.
Mahnı “Youtube” video-portalında “İmacir Sirel em” adı altında təqdim olunub. Sözlərin müəllifi kimi Artur Mesropyan qeyd edilsə də, musiqinin kimə məxsus olması yazılmayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət