Slimfit
  1. MEDİA

Ermənilər hansı yolla Gürcüstanda dini ayrı-seçkilik yaradır?

Ermənilər hansı yolla Gürcüstanda dini ayrı-seçkilik yaradır?
Sakura

Ermənilər hansı yolla Gürcüstanda dini ayrı-seçkilik yaradır?

 Kamal Salayev

AMEA–nın Qafqazşünaslıq İnstitutunun

Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi

e-mail: kamalsalayev1988@gmail.com

tel: 012 5020148; 055 9016455

Ermənilər Gürcüstanın Martvili şəhərində yerləşən Çkondid yeparxiyasında növbəti təxribata əl ataraq, qəsdən din xadimlərinə və media nümayəndələrinə xəsarət yetirmişlər. Belə ki, 2021-ci ilin martında RİA xəbər agentliyinin [1] verdiyi məlumata əsasən, Gürcüstanın Martvili şəhərində yerləşən Çkondid yeparxiyasında baş verən dava zamanı on nəfər balkondan yıxılmış, onlardan altısı isə xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdir. Verilən məlumata əsasən, yeni hakim mitropolit Stefanın sədrliyi ilə keçirilən qapalı iclasda ruhanilər arasında yaranmış mübahisə dava ilə bitmişdir. Çkondid və Martvilinin yeni mitropoliti Stefan keçmiş mitropolitin tərəfdarı olan iki dyakonun ibadət etməsini qadağan etmişdir. Nəticədə yeparxiyadakı din xadimlərinin arasında qarşıdurma yaranmışdır. Kilsə xadimləri məsələyə aydınlıq gətirməyə çalışmışlar. Bu zaman qarşıdurma binanın ikinci mərtəbəsinin balkonunda davam etmiş, nəticədə isə balkondakı taxta dirəklər sınaraq oradakılar yerə yıxılmışlar. Həmin hadisə zamanı xəsarət alanların arasında [2] Gürcüstanın Fomula-1, POSTV, TV Pirveli, Rustavi 2 telekanallarının jurnalistləri və operatorları olmuşlar. Hadisə yerində xəsarət alanlar briqadalar tərəfindən xəstəxanaya aparılmışlar. Sputnik Gürcüstanın [3] verdiyi məlumata əsasən, Martvili və Çkondid yeparxiyasında hadisə zamanı yaralanan iki media nümayəndəsi Zuqdididə (Sameqrelo - Zemo Svaneti) yerləşən xəstəxanaya köçürülmüşdür. Zuqdidi xəstəxanasından verilən məlumata əsasən, POSTV-nin jurnalisti İoseb Xoperiyanın onurğa sınığı var. TV Pirvelinin jurnalisti Papun Şuşaniyanın isə ayaq biləyinin sümüyü sınmışdır. Rustavi 2-nin operatoru çiyin nahiyəsindən xəsarət almışdır. Bundan əlavə, üç operator hadisə zamanı sarsıntı keçirərək müxtəlif dərəcəli xəsarətlər almışlar. Martvili rayonunun Çkondid yeparxiyasında baş verən dava ilə bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi qaldırılmışdır.

       Gürcüstan Patriarxlığının İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri  [3] Andria Caqmaidze, Çkondid yeparxiyasındakı vəziyyəti şərh edərkən baş verən hadisəni “şiddətli təqib anı” adlandırmışdır. Onun fikrincə, bu hadisə məhz yeparxiyanı işğal etməkdən ötrü törədilmişdir. “Bu görünməmiş həyasızlıqdır. Bu, kilsəni və ziyarətgahı tapdalamaq deməkdir. İşğalın baş verdiyi bir iclas oldu. Yeparxiyanın kənar şəxslərin iştirakı olmadan görüşlər keçirməyə dair hüququ var. Bu təqibdir. Mən bütün din xadimlərinin adından - mitropolit Stefana tam dəstək olduğumuzu bildirirəm” - deyə, Caqmaidze qeyd edir. Caqmaidze, həmçinin, hadisə zamanı xəsarət alanlara dair münasibətini bildirmişdir: “İnsanların, həmçinin, aralarında jurnalistlərin də xəsarət aldığı hadisəyə görə çox təəssüflənirəm. Bu çox kədərli haldır. Onların sağalmalarını arzu edirəm”.

     Qeyd etmək lazımdır ki, Martvili şəhərinin Çkondid yeparxiyasındakı din xadimlərinin arasında baş verən qarşıdurma məhz ermənilərin tərəfindən məqsədyönlü şəkildə törədilmişdir. Çünki ermənilər bir qayda olaraq dini ayrı-seçkilik hallarından istifadə edərək öz məqsədlərindən ötrü hər yerdə, o cümlədən, Gürcüstanda qarşıdurma yaradırlar. Çkondid yeparxiyasındakı münaqişədə gürcü jurnalistlərinin də ciddi şəkildə xəsarət alması bizə sırf ermənilərin əməllərindən xəbər verir. Çünki ermənilər adətən öz məkrli niyyətlərini həyata keçirməkdən ötrü mediaya müxtəlif xarakterli təzyiqlər edir, bu baxımdan Gürcüstanın media nümayəndələrinə belə xəsarət yetirməkdən çəkinmirlər.

        Ermənilər dini ayrı-seçkilik hallarından istifadə etməklə yanaşı, onlara aid olmayan tarixi abidələri təhqir edir və darmadağın edirlər. Bu gün erməni vəhşiliyinin törətdiyi fəlakətlərin sayı-hesabı yoxdur. Məhz ermənilər tarixən Azərbaycana məxsus olan şəhərləri, kəndləri, tarixi abidələri, məscidləri və qəbirləri dağıdaraq misli görünməmiş vandallıq törətmişlər. Onlar müqəddəs abidələri təhqir edərək orada heyvan saxlamışlar.

      Qeyd etmək lazımdır ki, ermənilər məqsədyönlü şəkildə Dağlıq Qarabağdakı Alban abidələrini saxtalaşdırırlar. Bu baxımdan Xocavəndin Hünərli kəndində yerləşən Alban kilsəsini misal olaraq göstərmək olar. Möhtərəm Prezidentimiz [4] İlham Əliyevin də qeyd etdiyi kimi ermənilər həmin kilsəni erməniləşdirməyə cəhd göstərmişlər, kilsənin üzərinə erməni dilində yazılar yazmışlar, ancaq öz məqsədlərinə nail ola bilməmişlər. Hünərli kəndindəki kilsənin ermənilər tərəfindən təhqir edilərək tövlə halına salınması erməni barbarlığını bir daha hər kəsə nümayiş etdirir.

   Azərbaycanın və Gürcüstanın əzəli torpaqlarını, mədəniyyətini, dini abidələrini öz adlarına çıxarmağa çalışan ermənilər əslində qonşularının hesabına özlərinə hər zaman saxta tarix yaratmağa çalışmışlar, lakin buna nail ola bilməmişlər. Çünki artıq bütün dünya erməni vəhşiliyinin və saxtakarlığının iç üzünü aydın şəkildə görür. Qeyd etmək lazımdır ki, Hünərli kəndindəki qədim Alban abidəsində tarixən udilər yaşamışlar. Belə ki, udilər [5] kompakt şəkildə Qəbələ rayonunun Nic kəndində, Oğuz rayonunda, həmçinin, Qarabağ, Qaxax-Tovuz bölgələrində yaşamışlar. Udilər Qafqaz Albaniyası dövlətinin təşəkkülündə rol oynamış tayfalardan biri olmuşlar. Müsəlmanların dini ənənələri qardaş udilərin həyat tərzinə təsirsiz ötüşməmişdir. Belə ki, Robert Mobili özünün “Udilər. Onların dili, dini və ənənələri” adlı məqaləsində [5] udilərin də müsəlmanlar kimi cümə günlərini müqəddəs saymasını qeyd etmişdir.

       Ermənilərin saxtakarlığına dair başqa bir sübut olaraq Tuğ kəndindəki Alban məbədini [4] göstərmək olar. Belə ki, ermənilər qəsdən kəndə məbədə aid olmayan saxta daşları gətirərək həmin Alban məbədini erməniləşdirməyə cəhd göstərmiş, lakin buna nail ola bilməmişlər.

 

Ədəbiyyat siyahısı:

1.     Десять человек упали с балкона во время конфликта в грузинской церкви /08.03.2021/ https://radiosputnik.ria.ru/20210308/konflikt-1600385969.html

2.   Люди выпали со второго этажа во время драки в епархии на западе Грузии /08.03.2021/ https://sputnik-georgia.ru/society/20210308/251108631/V-odnoy-iz-eparkhiy-na-zapade-Gruzii-nespokoyno---delo-doshlo-do-stolknoveniy.html

3.   Инцидент в Западной Грузии: в каком состоянии пострадавшие во время драки в епархии /09.03.2021/ https://sputnik-georgia.ru/society/20210309/251111316/Intsident-v-Zapadnoy-Gruzii-v-kakom-sostoyanii-postradavshie-vo-vremya-draki-v-eparkhii-.html

4.     Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli və Xocavənd rayaonlarında olublar /16.03.2021/ https://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_ve_birinci_xanim_Mehriban_Aliyeva_Fuzuli_ve_Xocavend_rayonlarinda_olublar_YENILANIB_2_VIDEO-1734509

5.     Udilər /17.09.2019/

http://multikulturalizm.gov.az/post/1144/udiler.html

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR