Slimfit
  1. SİYASƏT

Ermənilər Gürcüstan və Ukraynanı hədəf aldı – Azərbaycana görə…

Ermənilər Gürcüstan və Ukraynanı hədəf aldı – Azərbaycana görə…
Sakura

Ermənilər Gürcüstan və Ukraynanı hədəf aldı – Azərbaycana görə…

“Türkiyə məhsulları bir neçə aydır boykot və vergilərlə mübarizə aparır. Səudiyyə Ərəbistanında yerli hakimiyyət orqanlarının belə açıq şəkildə dilə gətirdiyi boykot çağırışları yalnız Ərəbistan yarımadasını deyil, Şimali Afrika və Yaxın Şərq ölkələrini də əhatə edir”.

Ens.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Haber 7” saytı məlumat verib.

Saytın məlumatına görə, boykot yalnız bəzi ərəb ölkələrində deyil, ABŞ və Avropa Birliyi ölkələrində də hiss olunmağa başlayıb:

“Səudiyyə Ərəbistanı-BƏƏ -Bəhreyn üçbucağında hiss olunan boykotun səbəbi Camal Qaşıqçı cinayəti, Misir və Liviyadakı proseslər olduğu halda, Qərbdə başlanan boykotun səbəbi Kiprdə təbii qaz axtarışları və Qarabağda Azərbaycana verilən dəstəkdir.

Keçən həftə ABŞ və Fransanın bəzi şəhərlərində erməni diasporu Türkiyə məhsullarını boykot etməyə çağırdı. Rusiya, Fransa, Yaxın Şərq, Kanada, Cənubi Amerika və Avstraliya kimi ölkələrdə və bölgələrdə fəaliyyət göstərən Erməni Milli Komitəsi və bu qurumun ABŞ qolu olan Amerika Erməni Milli Komitəsi (ANCA) türk məhsullarını boykot etməyə çağırıb. Səbəbi isə Türkiyənin Azərbaycana dəstək verməsidir.

Boyot edilən ölkələr arasında Ukraynanın yer alması da diqqət çəkir. Keçən həftənin sonlarında Ukrayna Prezidenti Zelenskinin Türkiyədə bir neçə anlaşmaya imza atmasından sonra erməni diasporu özünü göstərməyə başladı. Tiflisin Qarabağ məsələsində bitərəfliyini elan etməsindən sonra, erməni diasporu Türkiyə, Azərbaycan və Ukrayna ilə yanaşı, Gürcüstanı da boykot çağırışı etdi”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR