Dərc edildi: Baxış sayı: 1026
Ermənilər Food City bazarına buraxılacaq
Bir neçə gün əvvəl ermənilərin Moskvadakı konsul və diaspor rəhbərinin Food City bazarından qovulması ölkə mətbuatında geniş işıqlandırılmışdı.
Ens.az KONKRET.az-a istinadən xatırladır ki, bir çoxları bazar rəhbərliyini milli qəhrəman statusuna qaldırmış, bəziləri isə bu hərəkətin qarşılıqlı təhlükəsi barədə xəbərdarlıq etmişdi.
Bu gün Rusiya Erməniləri Birliyinin mətbuat xidməti özünün Facebook səhifəsində yuxarıdakı hadisəyə yekun vurulduğunu bəyan edib. Təəssüf ki, bu dəfə də bizimkilərin qəhrəmanlığı “bir neçə günə” çatıb.
Paylaşımdan göründüyü kimi, bazarın sahibi olan şirkət bir daha milli diskriminasiyaya yol verməyəcəyinə boyun olub.
Sonda xatırladaq ki, iki gün əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov bu mövzuda Ara Abramyan və Qod Nisanovla (Food City) görüşlər keçirmişdi.
Bizə isə bazar rəhbərliyinin məsələyə münasibətini gözləmək qalır.
Məşhur rejissorumuzun məşhur filmində məşhur bir aktyorumuz digər məşhur aktyora demişdi: “Özfəaliyyətiniz elə bundan ibarətdir?”
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət