Dərc edildi: Baxış sayı: 495
Ermənilər Ermənistanı niyə tərk edir? - Paşinyandan açıqlama
Ermənistanın Baş Naziri Nikol Paşinyan 5illiyini qeyd edən İstintaq Komitəsindəki çıxışı zamanı Ermənilərin Ermənistanı tərk etməsinin səbəbini açıqlayıb.
Bizimyol.info xarici mətbuata istinadən xəbər verir ki, Paşinyan çıxışında İstintaq Komitəsinin və digər qurumların əsas vəzifəsinin insanlarda mövcud olan ədalət hissinin inkişaf etdirilməsi olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistanda miqrasiyayla bağlı ciddi araşdırmalar aparılır: "Məlum olub ki, insanların əksəriyyəti Ermənistanı sosial problemlərə görə yox, məhz ədalətli mühitinin olmamasına görə tərk edirlər. İnsanlar özlərini güvəndə hiss etmirlər".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət