Ermənilər Azərbaycanla sərhəddə doğulan hər körpəyə 1000 dollar ödəyəcək
Ermənistan hökuməti Azərbaycanla sərhəddə yerləşən kəndlərdə yaşayan sakinlərə əlavə ödənişlər edəcək.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə deputat Arman Babacanyan çıxışında deyib.
Onun sözlərinə görə, layihə 2020-ci ilin yazında Azərbaycanla sərhəddəki Tavuş, Qeqarkunik və Vayots-Dzor vilayətlərinin kəndlərində başlayacaq. Proqram Azərbaycanla sərhəddə azı 3 il yaşayan ailələrdə hər yeni doğulan körpəyə 1000 dollar birdəfəlik ödənişin verilməsinə, uşağın 3 yaşa çatmasına qədər isə ayda 100 dollar müavinətin kəsilməsini nəzərdə tutur.
Deputat gələn il müzakirəyə çıxarılacaq qanun layihəsinin maliyyələşməsində diaspor və yerli biznesmenlərdən kömək alacaqlarını deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət