Ermənilər Ağrı dağına erməni bayrağı sancdı
Ermənistan Alpinizm Federasiyasının vitse-prezidenti Suren Danielyan ölkə mətbuatına bir qədər əvvəl Ağrı dağına çıxan erməni nümayəndələrinin fəaliyyətindən danışarkən dağın ən yüksək zirvəsinə erməni bayrağı sancıldığını bildirib.
Axar.az xəbər verir ki, Ermənistandan olan dəstə iyunun 25-də zirvəyə qalxıb.
Danielyanın sözlərinə görə, tur iştirakçıları Ağrı dağının ən yüksək nöqtəsinə - 5137 metr yüksəkliyə erməni bayrağı yerləşdirib.
Danielyan Türkiyə tərəfinin məsələyə reaksiya vermədiyini də qeyd edib.
“Türkiyə heç bir reaksiya vermədi. Təbii ki, bilirlər, ancaq susurlar. Onlar üçün nəsə demək əlverişli deyil, çünki bu həm də əlavə gəlir yeridir”, - vitse-prezident bildirib.
Məsələ burasındadır ki, ermənilər Türkiyənin ən yüksək zirvəsi sayılan Ağrının onlara məxsus olmasına dair miflər yayırlar. Əslində ermənilərin çoxdandır Türkiyəyə qarşı ərazi iddiaları var.
Belə bir hadisə bir neçə il qabaq da baş verib. 2014-cü ildə Ermənistandan olan alpinistlərdən ibarət qrup Ağrı dağında erməni bayrağı yerləşdirib. O vaxt Ağrının Ticarət-Sənaye palatasının sədri Məhmət Ərat bildirmişdi: ”Zirvədə erməni bayrağı yerləşdirmələrinə dair məlumatlar doğru çıxsa, bölgə sakinləri onları Ağrı dağının zirvəsində dəfn edəcək”.
O vaxt erməni bayrağının zirvədə yerləşdirilməsi ilə bağlı məlumatlar öz təsdiqini tapmadı. Bu növbəti erməni saxtakarlığı idi. Alpinistlər bayrağı açıb, şəklini çəkib, sonra da yığışdırmışdılar. Yəqin ki, bu dəfə də Ağrı dağında erməni bayrağının yerləşdirilməsi ilə bağlı əhvalat saxta olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət