Slimfit
  1. HƏRB

Ermənilər 4 postu qoyub QAÇDI – şok detallar Şair Ramaldanov “Canlı debat”da

Ermənilər 4 postu qoyub QAÇDI – şok detallar Şair Ramaldanov “Canlı debat”da
Sakura

Ermənilər 4 postu qoyub QAÇDI – şok detallar Şair Ramaldanov “Canlı debat”da

“Məlum olduğu kimi separatçı rejim ekofəalların Laçın yolundakı aksiyasından sonra dağ yolları ilə silah, sursat daşıyırdılar. Düzdür, bəziləri yazdıqları və efirdə dedikləri səhvi etiraf etməmək üçün dağ yollarının olmasını uzun zaman inkar edirdilər. Son əməliyyat həm də o “dahilərə” yerini göstərmiş oldu”.

Ens.az Musavat.com-a istinadən xəbər verir ki, bunu hərbi reportyor Səxavət Məmməd deyib. O, ordumuzun sözügedən əməliyyatı barədə detalları ilk dəfə açıb:

“Azərbaycan ordusunun komando briqadalarından biri əməliyyata son dərəcə ciddi hazırlaşaraq 4 istiqamətdə hərəkətə keçdi.

Birinci istiqamətdə separatçı rejimin silahlıları bir qədər müqavimət göstərməyə cəhd etdi. Məsələ ondadır ki, “UAZ pusqusu”ndan fərqli olaraq bu dəfə atəş dəstəyi, kəşfiyyat məlumatı lazım olan səviyyədə idi. Birinci mövqe götürüləndən dərhal sonra digər 3 mövqedəki erməni silahlıları postları qoyaraq qaçıb. Beləliklə, Azərbaycan ordusu yüngül xəsarət xaric, heç bir döyüş itkisi vermədən 4 postu da işğaldan azad edərək, Xəlifəli yolundakı mövqelərə yiyələnir.

Məsələ ondadır ki, Azərbaycan ordusunun bu əməliyyatından dərhal sonra ərazidəki Rusiya sülhməramlıları Azərbaycan ordusundan götürülmüş mövqelərdən çıxmağı tələb edib. Azərbaycan ordusu müharibədən sonra bu günə qədər əldə etdiyi mövqelərin demək olar heç birindən geri çəkilməyib. Rusların tələblərinə baxmayaraq 4 postdan da geri çəkilmədi. Rusiya sülhməramlıları hətta Azərbaycan ordusunun daha çox irəliləməməsi üçün mövqelər qurmağa məcbur olub.

Bu lokal əməliyyat sayəsində erməni tərəfinin əli-qolu demək olar ki, bağlanmış oldu. Artıq dağ yolları ilə silah-sursat gətirmək ciddi problemə çevrilmiş oldu. Məsələ bununla da bitmir. Olası total əməliyyat zamanı Ermənistandan qüvvənin gətirilməsi də artıq mümkün olmayacaq”.

S.Məmməd qeyd edib ki, Qarabağdakı gərginlik bu əməliyyatla bitə bilməz:

“Rəsmi Bakı erməni icmasına yenə görüş təklif edib. Bu o deməkdir ki, Azərbaycan yenə şans verir. Erməni icması ehtimal ki, yenə razı olmayacaq. Bu isə növbəti əməliyyatlar üçün fürsət anlamına gələcək. Hesab edirəm ki, növbəti əməliyyat lokal yox, total ola bilər”.

Xatırladaq ki, bir qədər əvvəl Azərbaycan Ordusu Xankəndiyə qanunsuz silah daşınması üçün istifadə edilən Xankəndi-Turşsu-Xəlfəli yolunda lokal nəzarət tədbirləri görüb.

Bu və gündəmdəki xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Şair Ramaldanov şərh edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR