Dərc edildi: Baxış sayı: 847
Erməni silahlı birləşmələri Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdu - RƏSMİ
Avqustun 13-ü saat 09:35-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət