Dərc edildi: Baxış sayı: 209
"Erməni sakinlərin ərazilərimizi tərk etməsinin məsuliyyəti Ermənistanın üzərinə düşür"
Beynəlxalq təşkilatların nümayəndələrinin də təsdiqlədiyi kimi, bu prosesdə mülki şəxslərə qarşı heç bir zorakılıq faktının olmadığı vurğulanıb, erməni sakinlərin ərazilərimizi tərk etməsinə gəlincə, bunun məsuliyyətinin Ermənistanın və onun tabeçiliyində olmuş qondarma rejimin üzərinə düşdüyü vurğulanıb.
Ens.az Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə xarici işlər naziir Ceyhun Bayramov ATƏT-in Baş Katibi Helqa Şmid ilə görüşü zamanı deyib.
Nazir qeyd edib ki, bu xüsusda, ərazi bütövlüyü və suverenliyin bərpası kimi beynəlxalq hüququn əsas prinsiplərinə münasibətdə ikili standartların, selektiv yanaşmanın tətbiqinin qəbuledilməzliyi qeyd olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət