Slimfit
  1. DÜNYA

Erməni politoloq: “Faciəvi günlərimiz uzaqda deyil”

Erməni politoloq: “Faciəvi günlərimiz uzaqda deyil”
Sakura

Erməni politoloq: “Faciəvi günlərimiz uzaqda deyil”

Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-ə çatdıra bilmədi.

Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib. O, hesab edir ki, Mnatsakanyanın sözlərini "diplomatik cavablar" adlandırmaq mümkün deyil:

"Əslində, Mnatsakanyan suallardan yayınırdı".

Worldmedia.az-axəbər verir ki, politoloq deyib: "Baxın, bizim xarici siyasətimizə cavabdeh olan şəxs təzyiqlərə dözə, zərbələrə tab gətirə bilmir. Jurnalistin tonunu azca sərtləşdirməsi ilə Mnatsakanyan özünü itirdi. Bir jurnalistlərin qarşısında tab gətirməyən şəxs Azərbaycanın xarici işlər nazirinin və ya fövqəldövlətlərin nümayəndələrinin qarşısında necə dayanacaq?"

"Zöhrab Mnatsakanyan jurnalistə deyir ki, münaqişənin həlli Azərbaycan Ermənistan və Qarabağ xalqları üçün məqbul olmalıdır. Necə düşünürsünüz, bu zaman Mnatsakanyan hansı həll yolunu nəzərdə tutur?" sualına Hrant Melik-Şahnazaryan belə cavab verib: "Bu, demaqoqiyadan başqa bir şey deyil. Hər kəs gözəl anlayır ki, münaqişənin bütün tərəfləri razı salacaq həlli yoxdur. Üstəlik, Qarabağ məsələsində bizim mövqeyimizi, siyasətimizi əks etdirən heç bir plan hazırlanmayıb. Yüksək vəzifəli məmurlarımız tez-tez ziddiyyətli bəyanatlarla çıxış etməsi məhz buradan qaynaqlanır".

Bu arada, Bakının sərt bəyanatları fonunda o da aydınlaşıb ki, 2020-ci ildə Azərbaycanın hərbi büdcəsi ötən ilkindən 20,9% çox olacaq. Bəzi hesablamalara görə, gələn il düşmən ölkənin hərbi xərcləri 2,27 milyard dollara çatacaq. Bunun qarşılığında bizim müdafiə xərclərimiz demək olar ki, dəyişilməz qalır. Politoloqdan bunun hansı təhlükələri yaratdığını da soruşduq.

"Azərbaycanın hərbi büdcəsi həmişə bizimkindən böyük olub. Hətta bir vaxtlar Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsinə bərabər idi. Onlar hərbi xərclərini durmadan artırır, bununla da Qarabağ danışıqlarında bundan təzyiq vasitəsi kimi istifadə edir. Doğrudur, münaqişənın mahiyyətini və məzmununu nəzərə alaraq deyə bilərik ki, bütün məsələləri tək pulla həll etmək olmaz. Amma bu, o demək deyil ki, məsələ bu günədək pulla həll olunmayıbsa, gələcəkdə də oluna bilməz", - deyə Şahnazaryan qeyd edib: "Görünən odur ki, Ermənistanın siyasi rəhbərliyi regiondakı təhlükələrin miqyasını anlamır. Burada söhbət təkcə Azərbaycanın hərbi potensialından getmir. Məsələ ondadır ki, artıq Türkiyə həm Avropa İttifaqı, həm Birləşmiş Ştatlar, həm də Rusiya ilə razılıq halında öz maraqlarını irəli apara bilir. O, bunu ABŞ-ın milli maraqlarına zidd alındığı halda belə, edir. Hər halda, Suriyada bunu aydın şəkildə gördük. Bu, çox ciddi məsələdir".

Politoloq bu gün Ermənistanın təhlükəsizliyi məsələsinin çox dəyişdiyini düşünür: "Əgər biz bu dəyişikliklərə reaksiya vermir, fiziki təhlükəsizliyimizin təmininə əlavə vəsait ayırmır, ümumiyyətlə, bu haqd düşünmürüksə (hər halda, Ermənistan hakimiyyətinin bu haqda düşünmədiyini görürük), demək, faciəvi günlərimiz uzaqda deyil".

"Rusiya ilə Türkiyənin Suriya məsələsindəki əməkdaşlığı, bunun fonunda Türkiyə rəhbərlərinin Azərbaycanpərəst bəyanatları Qarabağ münaqişəsi zonasındakı vəziyyətə təsir edə bilərmi?" sualını politoloq belə cavablandırıb: "Əminəm ki, Türkiyə nəzərini gec-tez Cənubi Qafqaza yönəldəcək. Hazırda o, Suriya ərazisində zəruri təhlükəsizlik zonası yaratmaqla məşğuldur. Bu məqsədə nail olunduqdan sonra Türkiyə və Suriya ərazisində yaşayan kürdlər arasında əlaqə kəsiləcək. Bu problemin həllindən sonra isə Ankara nəzərini təbii ki, bizim regiona yönəldəcək".

Hrant Melik-Şahnazaryan hesab edir ki, Türkiyənin regionda nüfuzunu artırmasına Rusiyanın daim müqavimət göstərəcəyini gözləmək yanlış olardı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR