Slimfit
  1. SİYASƏT

“Erməni nazirin azərbaycanlı əsgərləri məhv etmək əmri...”

“Erməni nazirin azərbaycanlı əsgərləri məhv etmək əmri...”
Sakura

“Erməni nazirin azərbaycanlı əsgərləri məhv etmək əmri...”

“Ermənistan Xarici İşlər Nazirliyinin sonuncu bəyanatında qeyd edilən “sülhə əlverişli mühitin yaradılması” üçün bu bəyanata uyğun davranmaq lazımdır”. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “Qafqazinfo”ya daxil olan bəyanatda deyilir.

“Təəccüblüdür, Ermənistan müdafiə nazirinin azərbaycanlı hərbi qulluqçuları məhv etmək əmri və snayperləri təltif etməsi sülh şəraitinin yaradılmasına nə dərəcədə uyğun gəlir?! Xatırladırıq ki, Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həll edilməsində və təbii ki, danışıqların irəlilədilməsində maraqlı tərəfdir. Vurğulayırıq ki, danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxardılmasıdır. Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarında qanunsuz mövcudluğunu saxlayacağı təqdirdə, danışıqların başqa vacib hissəsi ola bilməz. Nə qədər tez Ermənistan bu reallığı dərk etsə, bir o qədər tez bölgəmizə dayanıqlı sülh, inkişaf və rifah təmin olunacaq”, - deyə XİN-in şərhində qeyd edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR