Dərc edildi: Baxış sayı: 402
Erməni lobbisinin məqsədi budur - Çelik
Erməni lobbisinin məqsədi Türkiyə-Ermənistan münasibətlərinin qarşısını almaqdır.
Axar.az "TurkicWorld"a istinadən xəbər verir ki, bu barədə AKP-nin sədr müavini və partiya sözçüsü Ömər Çelik deyib.
Çelik qeyd edib ki, “Disney” platforması erməni lobbisinin təzyiqinə məruz qalaraq, “Atatürk” serialını efirə vermədən ləğv edib:
“Sözügedən platformanın bu münasibəti Türkiyə Cümhuriyyətinin və millətimizin dəyərlərinə hörmətsizlikdir. Əvvəllər də müxtəlif hallarda qeyd etdiyimiz kimi, ABŞ-dakı bu qondarma soyqırım şəbəkəsi tarixi hadisələrdən yalan siyasəti üçün alət kimi istifadə edir”.
O bildirib ki, bu şəbəkələrin fəaliyyətləri Atatürk və Türkiyə Cümhuriyyətinə zərər yetirə biləcək gücdə deyil.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət