Slimfit
  1. SİYASƏT

Erməni hərbçilər əsir düşməmək üçün Qarabağda xidmətdən yayınır

Erməni hərbçilər əsir düşməmək üçün Qarabağda xidmətdən yayınır
Sakura

Erməni hərbçilər əsir düşməmək üçün Qarabağda xidmətdən yayınır

Ermənistan Ordusunun zabiti Qurgen Alaverdyan cəbhənin Goranboy rayonu istiqamətində avqustun 23-ü səhər saat 05:45 radələrində əsir götürüldü. Kəşfiyyat-diversiya qrupunun komandiri olan Alaverdyan uğursuz diversiya cəhdi zamanı aradan çıxa bilmədi.

Ens.az Modern.az-a istinadən xəbər verir ki, baş leytenant rütbəsi daşıyan Alaverdyan düşmən ordusunun ən təcrübəli kəşfiyyatçılarından biri sayılır. Onun əsir düşməsi xəbəri düşmən tərəfində ciddi çaşqınlığa, narahatlığa yol açıb. Erməni təbliğat maşını 31 yaşlı zabitin qarlı havada yolunu azaraq səhvən Azərbaycan mövqelərinə gəldiyini, digər halda isə oğurlandığını iddia edir.

Lakin Azərbaycan Müdafiə Nazirliyinin təqdim etdiyi kadrlarda Qurgen Alaverdyanın üzərindən AK-74M avtomatı, zirehli jilet və s. sursat aşkar olunduğu görünür. Diversiyaya hazırlıqlı gedən Alverdyan müsahibəsində də əsl niyyətini təsdiqləyib.

Digər tərəfədən, onun 1989-cu il avqusutun 14-də Berd şəhərində yerləşən 21127 saylı xüsusi hərbi hissədə hazırlıq keçdiyi məlum olub.

Rəsmi Yerevanın çaşqınlıqda olmasının daha bir nümunəsi düşmənin Müdafiə Nazirliyinin faktla münasibətinin 24 saatdan çox gecikməsində özünü göstərdi. Adətən cəbhə xəbərləri barədə qısa müddətdə məlumat açıqlayan nazirlik yalnız avqustun 24-də məsələyə münasibət bildirərək, Qurgen Alaverdyanın qarlı havada azdığını iddia etməyə başladı. Düşmən hərbçinin 22 avqust saat 19:30-da itdiyini bildirsə də, rəsmi xəbəri yalnız avqustun 24-də, Azərbaycan MN-in məlumatından sonra açıqladı.

Ermənistanda azsaylı müstəqil jurnalistləri Qurgen Alaverdyanın əsir düşməsindən sonra işğal altındakı torpaqlarda və Azərbaycanla həmsərhəd ərazilərdə ciddi çaşqınlığın hökm sürdüyünü, hərbçilərin diversiya əmrlərinə tabe olmadığı, pul qarşılığında döyüş mövqeyinə çıxmaqdan yayınmağa çalışdıqlarını xəbər verir.

Panika xüsusən, Qarabağda xidmətə məcbur edilən çağırışçı hərbçilər arasında müşahidə olunur. Onlar hərc-mərcliyin, özbaşınalığın, “dedovşina” və rüşvətxorluğun hakim olduğu Qarabağda yerləşən hərbi hissələrdə xidmətdən çəkinirlər. Digər tərəfdən, erməni sosial şəbəkələrində müşahidə olunur ki, əsir düşmüş hərbçilərə, o cümlədən Qurgen Alaverdyanın taleyinə rəsmi Yerevanın biganəliyi ruh düşkünklüyünə, inamsızlığa yol açıb.  

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR