Slimfit
  1. SİYASƏT

"Erməni heç zaman özünün vəhşi xislətindən əl çəkməyəcək" - Deputat

"Erməni heç zaman özünün vəhşi xislətindən əl çəkməyəcək" - Deputat
Sakura

"Erməni heç zaman özünün vəhşi xislətindən əl çəkməyəcək" - Deputat

Xəbər verdiyimiz kimi, Ermənistanın paytaxtı İrəvanda Azərbaycan bayrağı yandırılıb.

Belə ki, ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində bayraqların paradı olub. Azərbaycan üçüncü ölkə elan edilib. Azərbaycan bayrağı zala gətirildikdən sonra azarkeşlərdən biri səhnəyə qaçaraq qızın əlindən dövlət rəmzimizi götürərək yandırıb və zaldan çıxarıb.

Bu vandalizmlə əlaqədar Azərbaycan yığma komandası yarışda iştirakdan imtina edib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıblar və bu imtinaya səbəb kimi Ermənistanın təhlükəsizliyi təmin etməməsini göstəriblər.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Etibar Əliyev bildirdi ki, ermənilərin bayrağımıza qarşı bu cür hərəkətləri gözləniləndir.

"Mən özüm Qərbi Azərbaycanda - Ermənistanda anadan olmuşam. Bizim rayonla İrəvanın arası 30 kilometr olub. Onlar o vaxtdan, yəni bizim türk qardaşlarımızın dəyərlərini həmişə təhqir ediblər. Sovet vaxtı da bu işlə məşğul olublar. Hətta Siyasi Büronun üzvlərinin portretini düzəndə - o zaman ulu öndərimiz Siyasi Büronun üzvü idi - ümummilli liderimizin portretini qoymurdular, hətta o hissəni boş saxlayırdılar. Yəni bunlar belə bir xislətli millətdirlər. Biz 1988-ci ildən sonra onların daha böyük vəhşiliklərinə rast gəldik. Ermənistanın, Qərbi Azərbaycanın rayonlarının birində uşaqları borunun içinə salıb ağzını qaynaq edən bir millətdir. Bu millət elə bir vəhşi hərəkətlər edir ki, bəşər tarixində belə bir vəhşiliyi onlardan başqa heç kim eləmir. Görürsünüz, bizim əsir düşmüş hərbçimizi döydülər, nə günə saldılar. Bütün beynəlxalq konvensiyalara zidd olaraq əsgərimizi hansı vəziyyətə salıbar. Bundan başqa, Xocalıda törətdikləri vəhşiliklər, digər rayonlarımızda insanları diri-diri yandırıblar, orqanlarını çıxarıb satıblar",- deyə millət vəkili qeyd etdi.

Erməni millətinin təbiət etibarilə vəhşi bir millət olduğunu vurğulayan Etibar Əliyevin fikrincə, onlar bu xislətindən əl çəkən deyillər:

"44 günlük müharibədə cənab Prezidentin sərkərdəliyi ilə, müzəffər Ali Baş Komandanımızın qətiyyəti ilə, Azərbaycan ordusunun rəşadəti nəticəsində 100 illər boyu nə qədər vəhşiliklər eləmişdilərsə, biz onların cavabını verə bildik. Yəni onları torpaqlarımızdan qovduq. Erməninin burnu hələ bu qədər sındırılmamışdı, hələ qulağı bu cür kəsilməmişdi. Onlar bizim ərazilərdə urbisid, ekosid, genosid törədiblər. Mən Şuşaya iki dəfə getmişəm. Yol boyu adamın qanı donur ki, bu cür vəhşi bir millət daşı daş üstünə qoymayıb. Özü çıxıb gedib, amma minaları hələ qalır. Hələ də mina xəritələrini vermirlər. Bu baxımdan onlardan həddindən artıq ehtiyatlı olmaq lazımdır. Erməni heç zaman özünün vəhşi xislətindən əl çəkməyəcək və bayrağımızın da yandırılması həmin o vəhşiliklərin, barbarlığın tərkib hissəsidir".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR