Slimfit
  1. GÜNDƏM

Erməni əsirdən şok etiraf: "Kürd əsilli muzdlulardan ibarət 1500 nəfər var idi"

Erməni əsirdən şok etiraf: "Kürd əsilli muzdlulardan ibarət 1500 nəfər var idi"
Sakura

Erməni əsirdən şok etiraf: "Kürd əsilli muzdlulardan ibarət 1500 nəfər var idi"

Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı ərazilərimizin azad edilməsi ilə bağlı keçirdikləri uğurlu əməliyyatlar zamanı əsir götürülən erməni əsir açıqlama verib.

Ens.az Trend-in məlumatına istinadən xəbər verir ki, 2001-ci ildə Ermənistanın Şirak vilayətinin Artik şəhərində anadan olan Mikaelyan Albert Yervandi Ermənistan silahlı qüvvələrində muzdlu kürd dəstələrinin Azərbaycan qarşı döyüşdüyünü etiraf edib.

2019-cu ilin dekabr ayının 19-da hərbi xidmətə çağırıldığını deyən Mikaelyan bildirib ki, o Gümrü şəhərində xidmətə başlasa da, orada 6 ay "Faqot”dan istifadə etməyi öyrəndikdən sonra kiçik serjant rütbəsi alıb: "Ondan 6 ay sonra mən Martuni şəhərində yerləşən hərbi hissəyə göndərilmişəm, tank əleyhinə tağımda olmuşam. Həmin tağımda müntəzəm olaraq hərbi təlimlər keçirilirdi. Hərbi hissədə müddətli, müddətdən artıq hərbi qulluqçular və kürd əsilli muzdlulardan ibarət 1500 nəfər var idi. Orda muzdlular hər ay 600 ABŞ dolları pul alırdılar və onlar ancaq öz dillərində danışırdılar. 10-15 nəfərlik dəstələrdən ibarət olan muzdlular yerli şəraiti öyrənirdilər və döyüşə hazırlaşırdılar”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR