Slimfit
  1. DÜNYA

Erməni əsilli millət vəkilindən şok sözlər: Məqsəd Türkiyəni...

Erməni əsilli millət vəkilindən şok sözlər: Məqsəd Türkiyəni...
Sakura

“Erməni məsələsi Türkiyəni tənqid etmək və cəzalandırmaq məqsədilə siyasiləşdirilmiş bir mövzudur”.

Publika.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının üzvü, erməni əsilli millət vəkili Markar Esayan deyib.

İtalya hökumətinin qondarma erməni soyqırımını rəsmi şəkildə tanıması ilə bağlı fikirlərini bölüşən millət vəkili qeyd edib ki, qondarma erməni soyqırımının məhz aprel ayı daxil olan kimi qabardılması təsadüfi deyil: “Aprel ayı gəlməsi bu məsələ ilə bağlı layihə mövsümünün açılması deməkdir. İllərdir, eyni cümlələr ilə eyni mövzuları tənqid etməkdən bezdik. Erməni məsələsi Türkiyəni tənqid etmək və cəzalandırmaq məqsədilə siyasiləşdirilmiş bir mövzudur.

O dövrkü şəraitə və sözügedən ölkə ilə Türkiyə arasındakı münasibətlərə görə dəyişkənlik göstərən bir təəssürat mövcuddur. Bu məsələ populizm vasitəsinə çevrilib. Mən bir siyasətçi, bir erməni, bir Türkiyə Respublikası vətəndaşı olaraq buna qəti şəkildə qarşıyam. Ağlı başında olan hər kəs də qarşıdır. Bu, tarixdir, bunu tarixçilər araşdırmalıdır. Sənədlərlə danışılmalıdır. Bunu parlamentin qərarı ilə həll etməyə çalışmaq problemi dərinləşdirməkdən başqa bir şey deyil. Bu davranışı rədd edirik. Heç bir parlamentin bu işə qarışmasını istəmirik. Yadların qarışmasını isə əsla istəmirik. Tam əksinə, kölgə salmaqdansa, kənarda dayanmaları daha yaxşıdır”.

Qeyd edək ki, İtalia və Fransa parlamenti 1915-ci il aprelin 24-də ermənilərlə bağlı yaşanmış hadisələri soyqırımı kimi tanıyıb. ABŞ Konqresinin hər iki palatasına məsələ ilə bağlı qərar layihəsi təqdim edilib.

Zümrüd

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR