Slimfit
  1. DÜNYA

Erməni əsilli məşhur iqtisadçı Paşinyanı rədd elədi

Erməni əsilli məşhur iqtisadçı Paşinyanı rədd elədi
Sakura

Erməni əsilli məşhur iqtisadçı Paşinyanı rədd elədi

Erməni əsilli məşhur iqtisadçı Daron Əcəmoğlu Ermənistan hökuməti ilə əməkdaşlıqdan qəti şəkildə imtina edib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “Politik.am” saytı yazıb.

Hələ bir il əvvəl Paşinyan iqtisadçı ilə əlaqə saxladığını bu ifadələrlə elan etmişdi.

“O, Ermənistan iqtisadiyyatının bərpa və inkişafını dəstəkləməyə hazır olduğunu bildirdi. Cənab Əcəmoğlu mənim Ermənistanı ziyarətlə bağlı təklifimi qəbul etdi. Səfərin vaxtı yaxın günlərdə müəyyən ediləcək”, - Paşinyan Feysbuk hesabında yazmışdı.

Ermənistan Baş nazirinin müavini Tiqran Avinyanın ofisinin rəhbəri Varaq Sisseryan isə ötən ilin iyulunda Daron Əcəmoğlunun 10-20 avqust tarixləri arasında bir neçə günlük ölkəyə səfər edəcəyini açıqlamışdı:

“Biz avqust ayında səfər imkanlarını müzakirə edirik. Yəqin ki, səfər 10-20 avqust tarixləri arasında baş verəcək. Səfər 4-5 günlük nəzərdə tutulub. Tarixin müəyyən edilməsi üçün cənab Əcəmoğlunun yekun cavabını gözləyirik”.

Lakin bütün bunların üzərindən artıq bir il keçməsinə baxmayaraq, ortada hələ də heç nə yoxdur. Əcəmoğlunun özünün də bu əlaqələrin ümumiyyətlə mövcud olduğunu təsdiqlədiyi heç bir informasiya yoxdur. Bundan əlavə, deyəsən, Əcəmoğlu Ermənistan hökuməti ilə əlaqələrini də qoparıb.

Nəşrin məlumatına görə, erməni hökumətinin tərzini və atdığı addımları təhlil edən Əcəmoğlu anlayıb ki, bu strukturla çalışıb müsbət nəticələr əldə etmək mümkün olmayacaq. Əcəmoğlu öz yaxın çevrəsi ilə söhbət əsnasında bildirib ki, o, həqiqətən də Ermənistanı dəstəkləmək istəyib, lakin bununla belə öz adını “uğursuzlar”la əlaqələndirmək istəmir. Bütün dünyada məşhur olan iqtisadçı Ermənistan hökuməti ilə əməkdaşlığın onun reputasiyasına zərər vuracağını düşünüb.

Xatırladaq ki, Daron Əcəmoğlu dünyanın ən məşhur 10 iqtisadçı-alimindən biri sayılır. O, İstanbulda erməni ailəsində doğulub və uşaqlığı Türkiyədə keçib. Ali iqtisadi təhsilini Britaniyada alıb.

Əcəmoğlu aqressiv erməni millətçiliyinin və türkofobiyanın əleyhdarıdır. O, Türkiyə dövlətinə hörmətlə yanaşır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR