Slimfit
  1. AZƏRBAYCAN

Erməni deputatlar aprel döyüşlərində Ermənistanın məğlub olması faktını etiraf edir

Erməni deputatlar aprel döyüşlərində Ermənistanın məğlub olması faktını etiraf edir
Sakura

Eks-prezidenti saxtakarlıqda ittiham edirlər

Ermənistanın  eks-prezidenti Serj Sarkisyanın aprel müharibəsi hadisələri ilə bağlı keçirdiyi son konfrans hətta keçmiş erməni siyasətçilərinin belə necə ucuz düşə biləcəyini göstərdi. Ermənistanda 2016-cı ilin aprel döyüşləri haqqında danışmaq üçün demək olar ki, hər  bir cəhd reytinqinizi qaldırmaq üçün yaxşı fürsətdir, çünki bu mövzu Ermənistan üçün çox ağrılıdır. Bununla yanaşı, Serj Sarkisyan 2016-cı il müharibəsi ilə bağlı təhlillərdən və bəzi yeni həqiqətlərdən yan keçərək öz piarını yalan üzərində qurmağa və  “Ermənistanın böyük qələbəsi” barədə danışmağa başladı. Nəticədə o, Ermənistanın məğlubiyyətinin həqiqi miqyasını ona xatırladan öz erməni siyasətçilərinin tənqid dalğasına tuş gəldi.

Məsələ bundadır ki, keçirdiyi mətbuat konfransında Serj Sarkisyan Ermənistan tərəfinin aprel döyüşlərində "qələbə" qazandığını, Azərbaycanın planlarının uğursuz olması ilə sübut etmətə çalışıb. Bu arada həm hökumətyönlülər, həm də aprel istintaq komissiyasının müxalif üzvləri Sarkisyanın açıqlamaları ilə ümumiyyətlə razılaşmırlar.

"Maariflənmiş Ermənistan" müxalifət fraksiyasının deputatı Rubik Stepanyan təəccüblənir: Ermənistan yalnız öz mövqelərində onlarla insanı itirdikdə, üstəlik əraziləri itirdikdə, Talış düşmənin hədəfinə çevrildiyi zaman bunu qələbə adlandırmaq olarmı? Hakim “Mənim addımım” fraksiyasından istintaq komissiyasının üzvü Armen Xaçatryan da bu vəziyyətdə müxalif həmkarı ilə razılaşıb.

Xatırladaq ki, üç saata yaxın davam edən mətbuat konfransı zamanı Sarkisyan istintaq komissiyasının sədri Andranik Köçəryanın aprel döyüşləri zamanı Ermənistan tərəfinin iyirmi mövqe itirməsi ilə bağlı dediklərini səhv adlandırmışdı. Bu məlumatları təkzib edən Serj Sarkisyan itirilmiş mövqelərin sayı barədə konkret məlumat verməyib.

“Bir şeyi əminliklə deyə bilərəm - səhv rəqəm səsləndi. Hesab edirəm ki, bu səhv, bəlkə də komissiyanın hələ də işini tam başa çatdırmaması ilə əlaqədardır "deyib o.

Hakim "Mənim addımım" fraksiyasından istintaq komissiyasının üzvü Armen Xaçatryan isə Ermənistanın 20-dən çox strateji mövqeyini qəti və dönməz şəkildə itirdiyini təkrarlayıb.

"Komissiya sədri Andranik Köçəryanın 20-dən çox mövqenin itirilməsi barədə verdiyi açıqlaması komissiyaya dəvət olunan keçmiş və indiki müdafiə rəsmilərinin açıqlamaları ilə əsaslandırılmışdır. Bəli, onu da qeyd edirəm ki, düşmənin əlində 20-dən çox mövqe var və bu mövqelər arasında strateji əhəmiyyətə malik olanlar da var”. 

Sarkisyanın uydurmalarına fikir bildirən istintaq komissiyasının digər üzvü, "Aydınlaşmış Ermənistan" müxalif fraksiyasının deputatı Rubik Stepanyan da aprel döyüşlərində erməni tərəfinin daha çox mövqe itirdiyini və üçüncü prezidentin bu məlumatı niyə təkzib etdiyini anlamadığını bildirib. 

Mənbə: http://vzglyad.az/

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR