Slimfit
  1. DÜNYA

Erməni batalyonu Türkiyəyə qarşı döyüşə yollandı

Erməni batalyonu Türkiyəyə qarşı döyüşə yollandı
Sakura

Erməni batalyonu Türkiyəyə qarşı döyüşə yollandı

Nubar Ozanyan adına Suriya-erməni könüllüləri batalyonu Türkiyə Silahlı Qüvvələrinə qarşı döyüşəcək.

Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə “eadaily.com” portalı məlumat yayıb. Sözügedən batalyon bununla bağlı müvafiq bəyanat yayıb.

Saytda yerləşdirilən bəyanatda bildirilir ki, erməni batalyonu Türkiyə ordusunun apardığı mübarizədə kürdlərə qoşulmaq üçün Tel- Temirdən Ras əl-Ayn şəhərinə yollanıb.

Onlar Türkiyə ordusunun Suriyanın şimal-şərqində başladığı əməliyyatın işğalçılıq məqsədi daşıdığını iddia edərək kürd, erməni, suriyalı, ərəb və digər xalqların öz torpaqlarına sahib çıxmağa çağırıblar. 

Qeyd edək ki, Nübar Ozanyan fəal kommunist və bir sıra silahlı qarşıdurmaların iştirakçısı olub. Uzun illər Fransada yaşayıb. Suriyada kürdlərin tərkibində vuruşub, 2017-ci ildə öldürülüb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR