Slimfit
  1. CƏMİYYƏT

Əriyi yeyib tumunu atmayın - Ekspertdən açıqlama

Əriyi yeyib tumunu atmayın - Ekspertdən açıqlama
Sakura

Əriyi yeyib tumunu atmayın - Ekspertdən açıqlama

Əziyyətə qatlaşmaq istəməyənlər onu zibilxanaya tökürlər

“Ərik tumunun timsalında ev büdcələrinə hər il milyonlarla zərbə dəyir”.

AzNews.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin eksperti Nicat Nəsirli bildirib.

O, bildirib ki, ərik əhalinin qış tədarükündə prioritet meyvələrdən biridir:

"Odur ki, tez-tez zibil yeşiklərində tökülüb qalmış ərik meyvəsinin tumunu görürük. Hamı bilir ki, ərik yeganə mövsümi meyvələrdən biridir ki, əti ilə yanaşı tumu da yeməlidir. Sadəcə bir balaca əziyyət çəkmək, sındırmaq, qabığını soymaq lazımdır. Bu əziyyətə qatlaşmaq istəməyənlər onu zibilxanaya tökürlər. Gəlin, sadə və təqribi hesablama aparmaqla hər il neçə milyonu zibilxanaya atdığımızı araşdıraq. Azərbaycanda bir il ərzində 25 min ton ərik istehsal olunur. Meyvənin içərisindəki tumun bir dənəsinin qabıqlı şəkildə çəkisi 4.8 qramdır. Riyazi əməliyyat aparanda ekranda 3 min ton tum rəqəmi görünür. Nəzərə alsaq ki, qoz, fındıqda olduğu kimi ərik tumunda da çəkinin tam yarısı qapıqla itirilir, onda yerdə 1500 ton təmizlənmiş ərik tumu qalır. Ərik tumunun kiloqramı bu gün satışda 10 manatdır. 1500 tonu satış qiymətinə vurduqda 15 milyon manat rəqəm alınır. Deməli, riyazi dilemmanın cavabı tapıldı! Ərincəkliyimiz ucbatından ev büdcələrinə hər il milyonlarla zərbə dəyir, təkcə ərik tumunun timsalında! Bu həcmdə vəsait ölkə üzrə bütün ev təsərrüfatlarında itirilir”.

Nicat Nəsirli ərik tumunun qapığının da xeyirli tərəfləri olduğunu açıqlayıb: “Hamı bilir ki, fındıq qapığı mebel sənayesində geniş istifadə olunur, Bəlkə ərik qabığı da nədəsə istifadə oluna bilər? Bu haqda mebel sənayesində çalışan adamlar öz sözlərini deməlidirlər. Bu qədər vəsaiti yenidən iqtisadiyyata qazandırmaq üçün bir yol tapılmalıdır. Xatırladıram ki, Azərbaycana hər il 19 milyon manatlıq müxtəlif növ quru ləpələr idxal olunur, bunun içərisində ərik tumları da var. Ərik tumu digər meyvə quruları kimi şirniyyat sənayesində istifadə olunmur, yalnız yeyilir, bir çox xəstəliklərə xeyirdi, güclü vitamin kompleksinə malikdir”.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR