Ərəblər Marsa peyk göndərdi: orada məskunlaşmaq planı var
Birləşmiş Ərəb Əmirliklərinin raket-daşıyıcısı “Əl Amal” (Ümid) peyki ilə birlikdə Marsa yola düşüb.
Kosmik zond planeti öyrənmək üçün Yaponiyanın Taneqasima adasından havaya qalxıb.
Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin peyki kosmosda raket-daşıyıcıdan uğurla ayrılıb. Hesablamalara görə, zond Marsa 2021-ci ildə çatacaq.
Raket havaya iyulun 15-də qalxmalıydı. Amma əlverişsiz hava şəraiti planları bir neçə gün təxirə salıb.
Birləşmiş Ərəb Əmirliklərinin Marsla bağlı böyük planları var. Qarşıdakı 100 il ərzində orada yaşayış məntəqələrinin, koloniyaların salınması nəzrədə tutulub. Əlbərrə, ərəblər hələ yolun başlanğıcındadırlar.
NASA 2006-cı ilin avqustundan bu istiqamətdə çalışmalara başlayıb. “Orion” kosmik gəmisinin hazırlanması üçün 16.7 milyard dollar xərclənib.
Milyarder İlon Mask 2019-cu ildən Mars haqda ciddi düşünür. Onun rəhbərlik etdiyi “SpaceX” şirkəti Aya və Marsa yük, kosmonavt daşımaq iqtidarında olan kosmik gəmi üzərində işləyir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət