Dərc edildi: Baxış sayı: 647
Ərəb ölkəsi çalxalanır: Polis hərəkətə keçdi
Livanın paytaxtı Beyrutda polis qüvvələri kütləvi aksiyanı dağıtmaq üçün iştirakçılara gözyaşardıcı qaz tətbiq edib.
Axar.az xəbər verir ki, bu barədə “əl-Mayadin” məlumat yayıb.
Bildirilib ki, hava limanına gedən yolu kəsən və şinlər yandıran etirazçılarla hüquq-mühafizə orqanları arasında toqquşma yaşanıb.
Olay zamanı molotof kokteli və işıqsaçan qumbaradan istifadə edilib.
“Hökumət qüvvələri gözyaşardıcı qaz və su şırnağı ilə aksiyanı dağıdıb”, - deyə bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət