Dərc edildi: Baxış sayı: 735
Ərəb investorlar Azərbaycanda azad ticarət zonasına yarım milyard dollar investisiya ediblər
Birləşmiş Ərəb Əmirliklərindən olan investorlar Ələt qəsəbəsindəki azad ticarət zonası ərazisində istehsalatın yaradılmasına 500 milyon dollar sərmayə yatırıblar.
Bu barədə məlumatlı mənbə bildirib.
Bununla belə, mənbə investisiyaların hansı layihəyə yatırıldığı barədə məlumat verməyib.
Mənbənin sözlərinə görə, azad ticarət zonasının qaydaları rezidentlərin vergilərdən və gömrük rüsumlarından azad edilməsini nəzərdə tutur.
Qeyd edək ki, azad ticarət zonasının yaradılması çərçivəsində konsaltinq xidmətlərini dünyanın ən iri liman operatorlarından olan “Dubai Port World” və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası həyata keçirir.
Mənbə: Moneta.az
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət