Slimfit
  1. DÜNYA

Ərdoğanla Trampın müharibəyə səbəb olan dialoqunun pərdəarxası

Ərdoğanla Trampın müharibəyə səbəb olan dialoqunun pərdəarxası
Sakura

Ərdoğanla Trampın müharibəyə səbəb olan dialoqunun pərdəarxası

Türkiyə-ABŞ qarşıdurmasının NATO-da Ərdoğanla Tramp arasında keçən dialoqdan sonra başlandığı iddia edilir. Məlumatlara görə, dialoqda tərəflər bir-birini düzgün başa düşməyiblər.

Publika.az
 xəbər verir ki, bu iddia ilə “The Guardian” nəşri çıxış edib.

Nəşr yazır ki, Ərdoğanla Tramp bir-birini yanlış anlayıb. Xəbərdə deyilir ki, bu ilin 11 iyulunda Brüsseldə keçirilən NATO sammitində Ərdoğanla Tramp söhbət edirlər. Tramp məsələni belə anlayır: İsraildə həbsdə olan Ebruya qarşılıq olaraq Brunson azad ediləcək.

Lakin türkiyəli yazar Batuhan Yaşar həmin dialoqun pərdəarxasını ortaya çıxarıb.

B.Yaşar yazır ki, Ebru həbsdə deyildi, Türkiyənin İsraildəki səfirliyində qalırdı.

“Ebru məsələsini Trampa xarici işlər naziri Mövlud Çavuşoğlu bildirmişdi. Həmin vaxt Ərdoğan orada yox idi. Afrikaya səfər zamanı məsələni Ərdoğandan soruşmuşduq. O da “deyilməyən şeylərin deyilmiş kimi göstərilməsi doğru deyil. Bunların ən yaxın şahidi xarici işlər nazirimizdir. “The Guardian” isə iddia edir ki, Ərdoğanla Trampın dialoqu zamanı “yanlarında bir dənə tərcüməçi var idi”. Halbuki, Mövlud Çavuşoğlu da orada idi. Ərdoğan danışır ki, “xarici işlər nazirimiz Ebru xanımın İsraildən çıxmasına kömək etməyi xahiş etdi, lakin Ebru həbsxanada deyildi. Lakin onlara bunun qarşılığında “biz də sizə Brunsonu verəcəyik” demədik. Brüsseldə belə bazarlıq olmadı, belə bir şey danışmadıq”.

Tramp isə bir neçə gün sonra Ərdoğana zəng edərək, “Netanyahu Ebrunu azad etdiyini deyir, siz də rahibi buraxın” deyə bildirib. Məsələ nöqtəsinə, vergülünə qədər belə olub.

Asif

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR