Slimfit
  1. DÜNYA

Ərdoğanla Putin Moskvada görüşdü

Ərdoğanla Putin Moskvada görüşdü
Sakura

Ərdoğanla Putin Moskvada görüşdü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya rəsmi səfər edib.

Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, onu “Vnukovo-2” Hava Limanında Rusiya Xarici işlər nazirinin köməkçisi Aleksandr Qruşko, Türkiyənin Moskvadakı fövqəladə və səlahiyyətli səfiri Mehmet Samsar və digər rəsmi şəxslər qarşılayıblar. 

Ərdoğanı XİN rəhbəri Mövlud Çavuşoğlu, enerji və təbii ehtiyatlar naziri Fateh Dönməz, xəzinə və maliyyə naziri Bərat Albayraq, mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy, müdafiə naziri Hulusi Akar, kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirli, ticarət naziri Ruhsar Pəkcan, nəqliyyat və infrastruktur naziri Mehmet Cahid Turhan, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, müdafiə sənayesi naziri İsmayıl Dəmir müşayiət edib.

Türkiyə prezidenti Kreml sarayında keçiriləcək Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci toplantısında rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

 

Türkiyə və Rusiya prezidentləri bir araya gəlib. Liderlər təkbətək görüşdən öncə jurnalistlərə açıqlama veriblər. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR