Slimfit
  1. COĞRAFİYA

Ərdoğanla Məhəmməd bin Salman arasında telefon danışığı olub

Ərdoğanla Məhəmməd bin Salman arasında telefon danışığı olub
Sakura

Ərdoğanla Məhəmməd bin Salman arasında telefon danışığı olub

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman arasında telefon danışığı baş tutub.

Metbuat.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, telefon söhbəti krallıq tərəfinin təşəbbüsüylə reallaşıb. Tərəflər jurnalist Camal Kaşikçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülməsiylə bağlı cinayətin hərtərəfli araşdırılması üçün atılacaq birgə addımları müzakirə ediblər.

 

Bu arada, məlum olub ki, Türkiyədə səfərdə olan Amerika Birləşmiş Ştatları Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Cina Haspel Kaşikçının qətli zamanı qeydə alınmış səs yazısıyla tanış olub. Vaşinqton Post qəzetinin kəşfiyyat məlumatlarıına əsasən yazdığına görə, audioyazı inandırıcı olub və bu, Vaşinqtona Səudiyyə Ərəbistanına təzyiqi artırmaq imkanı verəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR