Dərc edildi: Baxış sayı: 590
"Ərdoğanla birlikdə işləyirik" - Tramp
ABŞ prezidenti Donald Tramp Suriyanın İdlib bölgəsində yaranmış vəziyyətlə bağlı danışıb.
"Yeni Sabah" RİA "Novosti"yə istinadən xəbər verir ki, Tramp Rəcəb Tayyib Ərdoğanla Suriyanın İdlib bölgəsində yaranmış vəziyyətin normallaşdırılması üzərində işlədiklərini bildirib:
"Prezident Ərdoğanla çox yaxşı danışığım oldu. O, sərt oğlandır, amma bizim münasibətlərimiz yaxşıdır. O, istəmir ki, orada minlərlə və yüz minlərlə insanı öldürsünlər.
Biz İdlib haqqında danışdıq, birlikdə işləyirik və baxırıq ki, nə etmək olar".
ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı dünən baş tutub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət