Ərdoğanın zənginin nəticəsi: Putin dərhal hərəkətə keçdi
Liviya Milli Ordusunun komandanı marşal Xəlifə Haftar Liviyanın qərbində hərbi fəaliyyətin bu gündən (bazar günü gecə yarısından) dayandığını elan edib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Liviya Milli Ordusu yayıb.
“Qarşı tərəf də bu sülhü qorumalıdır. Sülhün pozulacağı təqdirdə sərt cavab veriləcək”, - Liviya Milli Ordusunun rəsmi nümayəndəsi Əhməd əl-Mismari deyib.
Qeyd edək ki, az öncə Ərdoğanla Putin arasında Liviya ilə bağlı müzakirə aparılmışdı. Türkiyə Xəlifə Haftarın Ərdoğan və Putinin 8 yanvarda Liviyadakı tərəflərə sülh çağırışının Xəlifə haftar tərəfindən rədd edilməsindən narahatlığını ifadə etmişdi.
Türkiyə XİN rəhbəri M.Çavuşoğlu Rusiyanın razılaşmaya uyğun olaraq Haftarı dayandıracağına ümid etdiyini bildirmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət