Ərdoğanın oğlu Bakıda Prezident Kubokunu izləyir
Oxu.Az xəbər verir ki, əvvəlcə bədii hissə keçirilib.
Milli geyimlərdə Azərbaycan rəqsi nümayiş olunub. Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı və süvarilər dəstəsi möhtəşəm şou kompozisiya ilə çıxış edib.
Daha sonra Azərbaycan Atçılıq Federasiyasının prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi, general polkovnik Elçin Quliyev çıxış edib. O, yeddinci dəfə keçirilən bu ənənəvi yarışın ölkə prezidenti İlham Əliyevin ad gününə həsr olunduğunu bildirib.
E.Quliyev bildirib ki, görüş artıq beynəlxalq müstəviyə qalxıb. Belə ki, bu yarışın finalını izləmək üçün ölkəmizə Dünya Etnosport Konfederasiyasiyasının prezidenti, türkiyəli Bilal Ərdoğan da təşrif buyurub. Sonra türkiyəli qonaq çıxış edərək yarışın maraqla qarşılandığını, təşkilatçılara təşəkkürünü bildirib.
O, ölkə prezidenti İlham Əliyevi təbrik edib və iki ölkə arasında qardaşlıq münasibətlərinin sıx olduğunu vurğulayıb. Sonda Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edib. Nazir qeyd edib ki, artıq yeddinci dəfə Dövlət Sərhəd Xidməti ilə birgə bu yarışı təşkil edirlər.
Ə.Qarayev yarışın ilk mərhələsinin UNESCO-nun mədəni irsinə daxil olan Şəkidə keçirildiyini, yarımfinal və final oyunlarının Bakıda təşkil olunduğunu qeyd edib. Bundan sonra yarışın final mərhələsinə start verilib. Əvvəlcə Binə Atçılıq Mərkəzinin qapalı manejində üçüncülük oyunu keçirilib. Torpaq meydança üzərinə "Polad" və “Sərhədçi” komandaları çıxıb.
Qeyd edək ki, final görüşündə “Buta Qolden” və “Omar” çövkən komandaları üz-üzə gələcək.
Səbuhi Musayev
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət