Slimfit
  1. AZƏRBAYCAN

Ərdoğanın mətbuat katibi Qarabağ münaqişəsindən danışdı

Ərdoğanın mətbuat katibi Qarabağ münaqişəsindən danışdı
Sakura

"Rusiyalı həmkarlarımızla yaxından iş gördük. Lakin yenə kimlərsə araya girdi və bu proses dayandı”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın “Türkiyə-Rusiya əlaqələri: Gələcəyi formalaşdırmaq” konfransında Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

QarabagNews” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İbrahim Kalın Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupu çərçivəsində Rusiya Federasiyasının mühüm rola malik olduğunu bildirib.

“1992-ci ildə yaradılan ATƏT-in Minsk Qrupu bu günə qədər təəssüf ki, gözlənilən performansı sərgiləmədiyi üçün Dağlıq Qarabağ məsələsi Cənubi Qafqazda dondurulmuş vəziyyətdə olmağa davam edir. Bu məsələdə bizim mövqeyimiz konkretdir. Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoyması və Qafqazlarda yeni sülh şəraitinin təmin edilməsi üçün cəhdlərimiz olub. Rusiyalı həmkarlarımızla yaxından iş gördük. Lakin yenə kimlərsə araya girdi və bu proses dayandı”, – İbrahim Kalın bildirib.

Türkiyə prezidentinin mətbuat katibi qeyd edib ki, Azərbaycanın torpaqları artıq azad edilməlidir.

“Bu münaqişənin həlli ən çox Ermənistana fayda verəcək. Qafqazlarda sülh, sabitlik olacaq”, – İbrahim Kalın deyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR