Slimfit
  1. DÜNYA

Ərdoğanı təhqir edən yunan qəzeti məhkəməyə verildi

Ərdoğanı təhqir edən yunan qəzeti məhkəməyə verildi
Sakura

Ərdoğanı təhqir edən yunan qəzeti məhkəməyə verildi

Yunanıstanın "Demokratiya" qəzeti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir edən məqaləyə görə məhkəməyə verilib.

Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə Cinayət Məcəlləsinin 299-cu ,"Prezidentə qarşı ictimai təhqir" maddəsi pozulduğuna görə iddia qaldırılıb.

"Yunan nəşrinin hərəkətləri medianın mənəvi deqradasiyasının göstəricisidir. Yunan ictimaiyyətinin isə qalmaqallı nəşrə reaksiya göstərməməsi, tənəzzülün yalnız jurnalistika ilə məhdudlaşmadığını göstərir",- deyə Ərdoğanın vəkillərindən biri Hüseyn Aydın bildirib.

Onun sözlərinə görə, təhqiramiz ifadələri mövqelərini əsaslandıra bilməyənlər istifadə edir.

"Bu cür hücumlar biabırçılıqdır. Türkiyə liderinin Şərqi Aralıq dənizindəki vəziyyətlə bağlı qəti mövqeyi bütün türk xalqının maraqlarını əks etdirir".

İddia Avropa İnsan Hüquqları Məhkəməsinin söz azadlığının qorunması sahəsindəki qərarlarına və Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə (“İfadə azadlığı”) əsaslanaraq irəli sürülüb. Yunan nəşrinin hərəkətlərinin söz azadlığının təzahürü kimi qəbul edilə bilmədiyi vurğulanıb.

 

Mənbə: Azvision.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR