Ərdoğandan şok gediş: Penslə görüşdən imtina etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP fraksiyasının toplantısından sonra jurnalistlərin suallarını cavablandırıb.
Axar.az xəbər verir ki, bu zaman prezidentin “Skay Nyus” müxbirinin sualına verdiyi cavab ölkə mətbuatının gündəmə çevrilib.
Ərdoğan müxbirin “ABŞ nümayəndə heyəti gəlir, narahatsınız” sualına “Yox, niyə narahat olmalıyam?” deyib.
Müxbirin səfərin gündəminə dair sualına isə Ərdoğan bu cür münasibət bildirib:
“Mən dimdik ayaqdayam. Onlarla görüşməyəcəyəm. Onlar öz həmkarları ilə görüşəcəklər. Mən Tramp gəldiyi zaman danışaram”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Suriyadakı proseslərin müzakirəsi üçün vitse-prezident Mayk Pens və Dövlət katibi Mayk Pompeonun rəhbərlik etdiyi nümayəndə heyətini Ankaraya göndərmək qərarı qəbul edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət