Dərc edildi: Baxış sayı: 641
Ərdoğandan Qarabağ açıqlaması: Ermənistana mesaj verdi - Minsk qrupunu tənqid etdi
“Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın olduğu qədər bizim də məsələmizdir”.
Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra Prezident İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışında deyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın suverenliyi və torpaq bütünlüyü çərçivəsində həll edilməlidir.
Ərdoğan problemin həllinin uzanmasına görə ATƏT-in Minsk qrupunu tənqid edib.
Anar Türkeş
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət