Dərc edildi: Baxış sayı: 397
Ərdoğandan Kılıçdaroğluya çağırış
Bu günə qədər Türkiyəyə girişi qadağan olunan İŞİD üzvlərinin sayı 76000-dir. Bunu Kamal bəy bilməz. Deportasiya edilən İŞİD üzvlərinin sayı 7550, həbs etdiklərimiz isə 1149 nəfərdir. Bunlar mübarizə deyil? Atdığımız addımlar qətiyyətli deyil?
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Ancaq o, bunları da qəbul etməz. Suriyadakı İŞİD düşərgələrindən qaçıb ölkəmiz tərəfindən yaxalanan İŞİD-çi sayı 270-dir. Bunlar İŞİD-lə mübarizə deyilmi? Cənab Kılıçdaroğlu, dürüst ol, ədalətli ol və hazırda Türkiyənin apardığı mübarizəni təqdir etməyi bacar”, - Ərdoğan bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət