Slimfit
  1. DÜNYA

Ərdoğandan ermənilərə başsağlığı: Hörmətlə anırıq!

Ərdoğandan ermənilərə başsağlığı: Hörmətlə anırıq!
Sakura

Ərdoğandan ermənilərə başsağlığı: Hörmətlə anırıq!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə ermənilərinin patriarxı Sahak Maşalyana 1915-ci il olayları ilə bağlı məktub ünvanlayıb.

Axar.az xəbər verir ki, türk lider Birinci Dünya müharibəsində ölən Osmanlı ermənilərinin xatirəsini hörmətlə andığını bildirib.

“Bütün dünya ilə birgə yaşadığımız bu çətin günlərdə vətəndaşlarımız arasında həmrəylik getdikcə güclənir. Dünya xalqlarına böyük fəlakətlər gətirmiş Birinci Dünya savaşında ölən Osmanlı ermənilərinin xatirəsini hörmətlə anır, nəvələrinə başsağlığı verirəm. Bu dönəmdə həyatını itirən bütün Osmanlı vətəndaşlarına Allahdan rəhmət diləyirəm.

Nə cür olursa-olsun, tək vətəndaşımızın belə özgələşdirilməsinə, inancından, kimliyindən dolayı fərqli münasibət göstərilməsinə əsla icazə vermədik, verməyəcəyik. Keçmişdən yalnız dostluq və insanlıq idealı üçün güc alaraq gələcəyi qurmağımız hamımızın ortaq məqsədidir. Anadolu bağrından doğmuş birliyimizi görməzdən gəlib, tarixdən münaqişə yaratmağa çalışan dairələr hamıya məlumdur. Niyyəti başqa olan dairələrə fürsət verməmək ən böyük arzumuzdur. Bu düşüncələrlə Birinci Dünya müharibəsində itirdiyimiz Osmanlı ermənilərini bir daha hörmətlə anır, hamınıza sağlıq və xoşbəxtlik arzu edirəm”, - deyə məktubda bildirilib.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR