Slimfit
  1. SİYASƏT

Ərdoğan Zəfər paradında Bəxtiyar Vahabzadədən şeir söylədi

Ərdoğan Zəfər paradında Bəxtiyar Vahabzadədən şeir söylədi
Sakura

Ərdoğan Zəfər paradında Bəxtiyar Vahabzadədən şeir söylədi

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan bu gün Bakıda keçirilən Zəfər paradı ilə bağlı fikirlərini bildirib.

O, Bəxtiyar Vahabzadənin şeirindən misal gətirib:

“Bu zəfər günündə sizinlə birgə olmaqdan böyük bəxtiyarlıq duyuram. İlham Əliyev qardaşıma zərif dəvəti üçün təşəkkür edirəm. 44 günlük müharibədə şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.

Şair Bəxtiyar deyib:

Hardan sənin oldu bizim Qarabağ?

Adı sahibini demirmi aşkar?

Xoşluqla verməzlər torpağı ancaq

Qanla möhürləyib, zorla alarlar.

Xarı bülbül Azərbaycan torpaqlarının simvolu olub. Qardaşım İlham Əliyev mərhum Heydər Əliyevin ona vəsiyyətini yerinə yetirib. Bu münasibətlə ümummilli lider Heydər Əliyevə rəhmət diləyirəm. İnşallah, İlham Əliyev dastan yazmağa davam edəcək.

Türkiyə bütün dəstəyi ilə Azərbaycanın yanında olub. Heydər Əliyevin “iki dövlət, bir millət”, Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözlərini xatırlamaq yerinə düşər. Bugünədək siyasi arenada aparılan mücadilə bundan sonra fərqli gedəcək.

Füzuli şəhərində bayraq asmağa bina tapılmayıb. Şəhərlər, kəndlər, məscidlər dağıdılıb, viran qoyulub. Ermənilərdən bütün bu təxribatın məsuliyyəti sorulmalıdır. Bərdə, Gəncə, Tərtər, Ağcabədi, Ağdam, Naftalan kimi şəhərlər bombalanıb.

416 qardaşımız bu bombalanmada yaralanıb. Bunun hesabını istəmək boynumuzun borcudur. Bir milyon məcburi köçkün artıq doğma torpaqlarına qayıtmaq üçün səbirsizlənib. İnşallah, qısa müddətdə onların öz torpaqlarına qayıdacağına ümid edirik.

Ermənilərin ağıllarını başlarına toplaması lazımdır. Ermənistan rəhbərliyi bütün xərclərini lazımi yerə yönəltsəydi, daha yaxşı ola bilərdi. Qərb imperialistlərin dəstəyi ilə bir şeyə nail olmaqdansa, mehriban qonşuluq edilməlidir. Belə olarsa, bölgədə sakit həyat tərzi olar.

İlham Əliyevin siyasətini biz də dəstəkləyirik. Artıq Azərbaycan torpaqları illərcə həsrət qaldığı Tərtərçaya qovuşmuşdur. Xarı bülbül artıq özgürdür və daha parlaq açacaq. Laçın artıq azaddır, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər də azadddır. Bu gün Mübariz İbrahimovun yenidən doğulduğu gündür”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR