Slimfit
  1. TÜRKİYƏ

Ərdoğan yeni konstitusiya üzərində işi başa çatdırmaq niyyətindədir

Ərdoğan yeni konstitusiya üzərində işi başa çatdırmaq niyyətindədir
Sakura

Ərdoğan yeni konstitusiya üzərində işi başa çatdırmaq niyyətindədir

Ərdoğan yeni konstitusiya üzərində işi başa çatdırmaq niyyətindədir

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan respublikanın yeni konstitusiyası üzərində işi başa çatdırmaq niyyətində olduğunu bildirib və partiyaları bu işdə iştirak etməyə çağırıb.

“Ölkəmizə yeni konstitusiya gətirənə qədər çalışmaqdan və mübarizədən heç vaxt əl çəkməyəcəyik. Konstitusiyalar dəyişməz bir mətn deyil. Mən bütün siyasi partiyaları, vətəndaş cəmiyyətini və elmi dairələri mümkün olan ən ideal konstitusiya mətnini hazırlamaq üçün danışmağa, müzakirə etməyə və danışıqlar aparmağa çağırıram”, - deyə o, Ankarada ölkənin əsas qanununun dəyişdirilməsinə həsr olunmuş simpoziumda çıxışı zamanı bildirib.

Ərdoğan xatırladıb ki, bir neçə il əvvəl onun partiyası müxalifəti yeni əsas qanun üzərində birgə işləməyə dəvət edəndə müxalifətin səmərəsizliyi ucbatından əməkdaşlıq baş tutmayıb. Prezident simpoziumda bu çağırışı bir daha təkrar edib.

“Ölkəmizin artıq müxtəlif konstitusiya təcrübələri var. 1960-cı il mayın 27-dən etibarən konstitusiyalarımız təəssüf ki, dövlət çevrilişlərindən sonra liderlər tərəfindən hazırlanaraq qüvvəyə minib. Bugünkü borcumuz cümhuriyyətimizin 100 illik yubileyinə öz tariximizi yazmaq, gələcək nəsillərə ən böyük irs qoymaqdır. Ona edilən bütün dəyişikliklərlə birlikdə “yamaqlı yorğana” çevrilən bir konstitusiya üzrə yaşamağa davam etmək siyasət və ölkə üçün yükə çevrilib”, - deyə o davam edib.

Türkiyə prezidenti daha əvvəl iki dəfə konstitusiyada dəyişikliklərə dair məsələlərlə bağlı referendum təşkil edib. 2017-ci ildə keçirilən referendumdan sonra ölkədə parlament idarəetmə forması prezident idarəetmə forması ilə əvəz olundu, lakin bu dəyişikliklər fonunda yeni konstitusiya qəbul edilməyib. May ayında yeni prezidentlik müddətinə yenidən seçildikdən sonra Ərdoğan yeni konstitusiyanın qəbulunun onun administrasiyasının əsas vəzifələrindən biri olduğunu bildirib.

Parlamentin bu ilin payızında yeni konstitusiya layihəsi üzərində işə başlayacağı gözlənilir.

Mənbə: TASS

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR