Dərc edildi: Baxış sayı: 317
Ərdoğan yeni hökumətin ilk iclasının tarixini açıqlayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hökumətin ilk iclasının keçiriləcəyi tarixi açıqlayıb.
“Report”un Ankaraya ezam olunan əməkdaşının xəbərinə görə, bu barədə Türkiyə lideri səlahiyyətlərinin icrasına başlama mərasimində çıxışında bildirib.
Ərdoğan hökumətin yeni kabinetinin bu axşam açıqlanacağını diqqətə çatdırıb: “Gələn həftənin ikinci günü (iyunun 6-da - red.) yeni hökumətin iclası keçiriləcək”.
Eyni zamanda dövlət başçısı ölkəsinin səsvermənin başa çatması ilə yeni yola, Türkiyə Yüz İlinə başladığını vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət