Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 24 Noyabr Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edərək…
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 24 Noyabr Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edərək onların gələcəyi formalaşdırdıqlarını vurğulayıb.
Ərdoğan təbrik mesajında deyib:
"24 Noyabr Müəllimlər Günü münasibətilə inkişaf etmiş və yüksək səviyyəli Türkiyə hədəfinə nail olmağımızda ən böyük təminatımız olan, gənclərimizin gələcəyə hazırlanmalarında mühüm rol oynayan müəllimlərimizə özüm, millətim, ölkəm adına səmimi qəlbdən minnətdarlığımı bildirirəm.
Ürəklərimizdə müstəsna bir yerə sahib olan müəllimlərimizə hamımız borcluyuq".
Müəllimlər günü münasibətilə Türkiyə Böyük Millət Məclisi (TBMM) sədri Binəlı Yıldırım da müəllimləri təbrik edərək deyib:
“Uşaqları, gəncləri "Fikri hürr, vicdanı hürr, irfanı hürr" şəklində yetişdirən müəllimlərə təşəkkür edirik.
Bu gün uşaqlarımızı həyata hazırlayan müəllimlərimizə ən səmimi hissləri ifadə etmək üçün gözəl bir fürsətdir. Gələcəyimizin təminatı olan övladlarımıza əmək verən hər bir müəllimimiz xalqımızın qıymətlisidir. Müəllimlərimizi 24 Noyabr Müəllimlər Günü münasibətilə təbrik edirəm".
Ölkənin Milli Təhsil naziri Ziya Səlcuq də müəllimləri təbrik edərək deyib:
"Sınmadan, yorulmadan, məhəbbətlə, maraqla, bilgi ilə, səbrlə insan yetişdirən, bütün çətinliklərdən çıxan, “yaxşı ki, müəlliməm deyən” ər ürəkli bütün müəllimlərimizin Müəllimlər Gününü təbrik edirəm".
Mənbə: trt.net.tr
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət