Dərc edildi: Baxış sayı: 430
Ərdoğan Vaşinqtona F-35-lərin arxasınca gedir?
Böyük ehtimalla qarşıdakı ayın ilk yarısında Vaşinqtona ziyarət gerçəkləşdirəcəyik. Burada ikitərəfli və heyətlərarası görüşlər keçiriləcək. Əlbəttə ki, üz-üzə görüş olması bizə ən son hadisələri müzakirə imkanı verəcək.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a nəzərdə tutulan səfərlə bağlı danışarkən deyib.
“F-35 uzanan bir proses oldu. Görüşlər zamanı məsələ ilə bağlı qərar qəbul etmək əsas məqsədimizdir. Biz hələ də detalları göndərməyə davam edirik. Ödənişlərdə də heç bir gecikmə etmirik. İndiyə kimi 1 milyard 400 milyon dollar ödəniş etmişik. Bu mövzunu da görüş zamanı müzakirə edəcəyik”, - Ərdoğan bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət