Dərc edildi: Baxış sayı: 472
Ərdoğan Türkiyənin “S-400”dən imtina etməyəcəyini açıqlayıb
“Türkiyə ABŞ-ın “Patriot” zenit-raket sistemlərini almaq üçün Rusiyanın “S-400” hava hücumundan müdafiə kompleksindən imtina etməyəcək”.
APA “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-də yayımlanan müsahibəsində deyib.
"Patriot”a görə “S-400”dən imtina edə bilmərik. Bu səhifə bağlandı. Ancaq ABŞ bizə uyğun şərtlər təklif edərsə, onların da sistemlərini alacağıq. Çünki hava hücumundan müdafiə sistemlərimizi diversifikasiya etmək istəyirik" - deyə, Ərdoğan bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət